Şəkidə ağır yol qəzası

Şəkidə ağır yol qəzası

22 İyul 2011 11:09
Bəyəndim (0) Bəyənmədim (0)

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Kiş kənd sakini, 1971-ci il təvəllüdlü Məhərrəmov Şahin Şaiq oğlunun idarə etdiyi "VAZ 2109" markalı Çələbi Xan qəsəbə sakini Hüseynov Akif Faiq oğlunun idarə etdiyi "Qazel" markalı maşınla toqquşub. Qəza nəticəsində Ş. Məhərrəmov aldığı ağır kəllə-beyin beyin travmasından xəstəxanaya aparılarkən yolda dünyası dəyişib. A. Hüseynov isə xəsarətlərlə Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Şəki rayon Polis Şöbəsində araşdırma aparılır.

Yollarda ehtiyatlı olmaq lazımdır. Əks halda bu yol başqa istiqamətə apara bilər.

Tofiq Əliyev

O.M.