Bu gün ali məktəblərə sonuncu qəbul imtahanıdır

Bu gün ali məktəblərə sonuncu qəbul imtahanıdır

22 İyul 2011 11:06
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir. İmtahan Respublikanın 4 şəhərində - Bakıda 35, Naxçıvanda 2, Gəncədə 6, Şəkidə 4 binada keçirilir. 2011-ci ildə II qrup üzrə 26397 abituriyent ərizə təqdim edib. Sənəd verənlərin 23524 nəfəri Azərbaycan bölməsinin, 2873 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 17109 nəfərini oğlanlar, 9288 nəfərini isə qızlar təşkil edir. 16651 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur. 8882 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 119 abituriyent xarici ölkələrin vətəndaşıdır. 98 abituriyent ali təhsillidir və II ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 766 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur.

Kimi bəxtini, kimi də biliyini sınayacaq.

Tofiq Əliyev

O.M.