“Hyundai” işıq dirəyini aşırıb

“Hyundai” işıq dirəyini aşırıb

22 İyul 2011 10:48
Bəyəndim (0) Bəyənmədim (0)

Nərimanov rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası qeydə alınıb. Qəza zamanı Heydər Əliyev prospekti ilə üzü şəhər istiqamətində hərəkə edən İsmayıl Əsgərovun idarə etdiyi "Hyundai" markalı avtomaşın yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza zamanı avtomaşınla yanaşı işıq dirəyi də aşaraq tamamilə yararsız vəziyyətə düşüb. Hadisədən sonra xəsarət alan sürücü İsmayıl Əsgərov bir saylı şəhər xəstəxanasına çatdırılıb. Qəzanın səbəblərinin müəyyən edilməsi üçün avtotexniki və tibbi ekspertizalar təyin edilib, araşdırmalar davam etdirilir.

Polis işıq dirəyinin aşması ilə nəticələnən qəzanın qaranlıq tərəflərinə işıq salacaq.

Tofiq Əliyev

O.M.