Avtomobil 4 yaşlı uşağı vuraraq öldürüb

Avtomobil 4 yaşlı uşağı vuraraq öldürüb

22 İyul 2011 10:31
Bəyəndim (0) Bəyənmədim (0)

Qax rayonunda azyaşlı piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, Qax rayonun Ləkit Malax kənd sakini 1955-ci il təvəllüdlü Yunusov Nizami Yunus oğlu "VAZ 2106" markalı avtomobili idarə edərkən Qax şəhər sakini 2007-ci il təvəllüdlü Məmmədov Davud Mübariz oğlunu evlərinin qarşısında vurub. Ağır xəsarət alan azyaşlı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Uşaqları qorumaq lazımdır. Çünki, qəza yaşa baxmır.

Tofiq Əliyev

O.M.