Çilidə şiddətli qar

Çilidə şiddətli qar

22 İyul 2011 10:11
Bəyəndim (0) Bəyənmədim (0)

Çilinin cənub 8 rayonuna yağan şiddətli qar 6500 adamı təcrid edib. Çili prezidenti Sebastyan Pinera dağlıq Aurakaniya regionunda ehtiyacı olanlara yardım vəd edib. Üç metr yüksəkliyində qar elektrik xətlərini sıradan çıxarıb. Pis hava şəraitinə məruz qalan kəndlərə 400 qutu yardım çatdırılıb. Lakin yollar bağlı olduğu üçün yardım əməliyyatları çətinliklə həyata keçirilir. Regiona daha artıq qar yağacağı proqnozlaşdırılır.

Kimi istidən əziyyət çəkir, kimi də soyuqdan.

Tofiq Əliyev

O.M.