
Kürdəmirdə intihara cəhdin qarşısı alınıb
Kürdəmir rayonunda intihara cəhd hadisəsi baş verib.
FHN saytının verdiyi məlumata görə, nazirliyin "Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə" daxil olmuş məlumata əsasən, Kürdəmir rayonunda 1 nəfər intihar etmək niyyətini nümayiş etdirib. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb. Əməliyyat saat 14:50-də başa çatıb.
Mediainfo.az
Digər xəbərlər