Qaxda avtomobil yanıb, sürücü xəsarət alıb

Qaxda avtomobil yanıb, sürücü xəsarət alıb

26 Oktyabr 2015 10:30
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saat 08.14 radələrində Qax-Qorağan avtomobil yolunun 2-ci kilometrliyində, rayonun Meşəbaş kəndi ərazisindən keçən hissəsində avtomobil yanıb.

Şəki rayon sakini, 1990-cı il təvəllüdlü Tərlan Fərhad oğlu Cəbrayılov "Mercedes" markalı, 90-TZ-735 dövlət nömrə nişanlı avtomobillə Şəkidən Zaqatala istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın yolun kənarındakı qoz ağacına çırpılıb. Hadisə nəticəsində avtomobildə yanğın baş verib. Yanıq xəsarətləri alan sürücü avtomobildən çıxa bilib.

Hadisə yerinə FHN-nin Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səylərinə baxmayaraq avtomobil yanaraq yararsız hala düşüb. Yanıq xəsarətləri alan Tərlan Cəbrayılov Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

Qax RMX-dan bildirilib ki, T.Cəbrayılova 2-ci, 3-cü dərəcəli termiki yanıq xəsarətləri diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

Mediainfo.az