Müdafiə Nazirliyi əsgərin boynunun sınması barədə məlumatlara aydınlıq gətirib
"Müdafiə Nazirliyinin Goranboyda yerləşən hərbi hissəsinin əsgəri hərbçi yoldaşı ilə əlbəyaxa olan zaman yıxılaraq küt onurğa travması alıb". Bunu APA-ya MN-in mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev deyib. T. Abdullayev bildirib ki, əsgər Əliyev İxtiyar Rizvan oğlu əsgər yoldaşı Əliyev Elmir Müşfiq oğlu ilə əlbəyaxa olan zaman yıxılıblar: "Yerə yıxılan Elmir Əliyev İxtiyar Əliyevin üstünə düşüb, nəticədə sonuncu əsgər onurğanın küt travması, boyun fəqərəsinin sınığı xəsarəti alıb. Hazırda o hospitalda müalicə olunur". T. Abdullayev faktla bağlı araşdırma aparıldığını deyib.
Qalib o adamdır ki, mübahisə zamanı əsəblərini cilovlaya bilir.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər