Qamət Süleymanov: "Həbs edilən şəxs mənim müavinim deyil"

Qamət Süleymanov: "Həbs edilən şəxs mənim müavinim deyil"

23 Oktyabr 2015 15:24
Bəyəndim (0) Bəyənmədim (0)

"Saxlanılan Adil Rəcəbov mənim müavin deyil, mənimlə onun heç bir əlqasi yoxdur. Bu barədə mətbuatda yayılmış xəbərlərdə yanlışlıq var".

Bunu musavat.com-a "Əbu-Bəkir" məscidinin imamı Hacı Qamət Süleymanov deyib. Q.Süleymanov deyib ki, onun heç vaxt müavini olmayıb: "Kim nə gəldi yazır. Dəqiqləşdirmədən adımı hallandırırlar. Sadəcə olaraq həbs edilən namaz qılan qardaşlardı."

Xatırladaq ki, oktyabrın 23-də Bakıda polis radikal dini qruplaşma üzvlərinə qarşı əməliyyat keçirib. Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, "Farklı Lahmacun" kafesində həyata keçirilən əməliyyat zamanı "vəhabi" təriqətinin üzvü olduğu ehtimal olunan 40-a yaxın şəxs saxlanılıb. Saxlanılanlardan Adil Rəcəbov Qamət Süleymanovun müavini kimi təqdim olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yaxın dəqiqələrdə əməliyyatla bağlı nazirlik rəsmi açıqlama yayacaq.

Mediainfo.az