Bakı-Böyük Kəsik dəmiryolunun daha bir kilometri təmir edilib

Bakı-Böyük Kəsik dəmiryolunun daha bir kilometri təmir edilib

21 İyul 2011 16:00
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı-Böyük Kəsik istiqamətində növbəti bir kilometr yol - Ağstafa-Tatlı mənzilinin 94-93-cü kilometri əsaslı təmir olunub. QSC-nin mətbuat xidmətindən "APA-ECONOMICS"ə verilən məlumata görə, əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları"nın "Dəmiryolservis" MMC-nin 4 və 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisələri həyata keçirib. Təmir prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini saatda 140 km-ə çatdırmaq mümkün olacaq. Qeyd edək ki, Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə bu il iyunun 10-da başlanıb. Həmin gün 1 kilometr, iyulun 5-də daha 2 km yol əsaslı təmir edilib.

Yolları təmir etmək asandır, onları qorumaq daha çətindir.

Tofiq Əliyev

O.M.