
DİN: Qaraçuxur qəsəbəsindəki yataqxana sakinləri içməli sudan zəhərləniblər
DİN Bakıda baş verən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.
Oktyabrın 22-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən yataqxanada yaşayan 28 nəfər (4 kişi, 5 qadın, 19 azyaşlı) içməli sudan zəhərlənib. Onlar 5 saylı Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdiriliblər. Onlardan 8 nəfərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər