Türkiyədə taksi sürücüsü azərbaycanlı qadını zorlayıb - FOTO

Türkiyədə taksi sürücüsü azərbaycanlı qadını zorlayıb - FOTO

23 Oktyabr 2015 13:01
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Samsun vilayətində 5 gün əvvəl Azərbaycandan bu ölkəyə müalicə üçün gələn A.C. adlı qadın zorlanıb.

Gənc qadın Samsununİlkadım şəhərində Cümhuriyyət meydanında B.A.-nın idarə etdiyi taksini saxlayaraq, otelə getmək istədiyini və gedişhaqqının nə qədər olacağını soruşub.

Taksi sürücüsü "pula görə narahat olmayın" deyib, qadını maşına mindirib. Buradan A.C.-ni şəhərin Kadifekale məhəlləsindəki boş evə aparan B.A. onu zorlayıb.

Daha sonra B.A. öz dostu M.S.-i həmin evə çağırıb və burada azərbaycanlı qadını 2 gün zorlayıblar.

Şübhəli şəxslər dünən qadını taksi ilə otellərdən birinin qarşısında qoyaraq, qaçıblar.

Türkiyə polisi A.C.-nin şikayəti əsasında həmin şəxsləri saxlayıb. Hazırda polis iş üzrə araşdırma aparır.

///oxu.az

Mediainfo.az