İranda verilən ehsandan 303 nəfər zəhərlənib

İranda verilən ehsandan 303 nəfər zəhərlənib

22 Oktyabr 2015 11:28
Bəyəndim (0) Bəyənmədim (0)

İranın Çalus şəhərində əzadarlıq məclisində verilən ehsandan 303 nəfər zəhərlənib. Trend-in məlumatına görə, bu barədə Fars agentliyi İranın Çalus şəhər səhiyyə idarəsinin rəhbəri xanım Hədis Gordgeliyə istinadən məlumat verib.

H.Gordgeli deyib ki, zəhərlənən şəxslərin hamısı xəstəxanalara çatdırılıb: "Onlardan 13 nəfərin vəziyyəti ağır olduğu üçün xəstəxanaya yatızdırılıb. Digərləri isə ambulatory müayinədən sonra evə buraxılıblar".

Onun sözlərinə görə, zəhərlənənlərdən 5 nəfəri uşaq olub.Hazırda zəhərlənmənin səbəbləri araşdırılır.

Mediainfo.az