
Lənkəranda ana doğuş zamanı ölüb
Lənkəran Rayon Mərkəzi Xəstəxanasından "Report"a bildirilib ki, doğuş təbii qaydada həyata keçirilsə də sonradan ananın vəziyyəti ağırlaşıb: "Uşaq normal dünyaya gəlib. Sonradan ananın halı qəfil pisləşib və həkimlərin səyinə baxmayaraq ana dünyasını dəyişib.
Ölümün səbəbi Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsində aparılacaq müayinələrdən sonra məlum olacaq.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər