Bakıda tranfarmatorun içində oğlanla qızı yüksək gərginlikli "tok" vurdu

Bakıda tranfarmatorun içində oğlanla qızı yüksək gərginlikli "tok" vurdu

21 Oktyabr 2015 11:22
Bəyəndim (0) Bəyənmədim (0)
20 yaşlı Fəqan bir qolunu itirdi

Nəsimi rayonunun Ağadadaş Qurbanov küçəsində 20 yaşlı Fəqan Fərzəliyev və hələlik kimliyi məlum olmayan təxminən 18 yaşlarında qız 6 min voltluq transformatorun qapısını açaraq içinə daxil olublar. Bu zaman ehtiyatsızlıq edən Fəqan Fərzəliyev yüksək gərginlikli naqillərə toxunub. Nəticədə elektrik cərəyanı onları bir neçə metr kənara tullayıb. Hər iki şəxs ağır xəsarətlər alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar. Hadisə nəticəsində çoxsaylı yanıq xəsarətləri alan Fəqan Fərzəliyev qolunun birini itirib.

Faktla əlaqədar Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanıb. Araşdırmalar aparılır.

Mediainfo.az