Çində kimyəvi zavod partlayıb

Çində kimyəvi zavod partlayıb

21 Oktyabr 2015 11:01
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Çinin şərqində yerləşən Şandun əyalətindəki kimyəvi zavodda baş verən partlayış nəticəsində 9 nəfər itkin düşüb, daha 2 nəfər isə yaralanıb.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu haqda məlumatı Mərkəzi Çin televiziyası yayıb.

İnsident Pinyi mahalında baş verib. Hazırda zavodda xilasetmə işləri aparılır, qəzanın başvermə səbəbləri araşdırılır.

Mediainfo.az