İranın hərbi gəmiləri Həştərxan limanındadır

İranın hərbi gəmiləri Həştərxan limanındadır

21 Oktyabr 2015 10:55
Bəyəndim (0) Bəyənmədim (0)

İranın Xəzər dəniz donanmasının 3 hərbi gəmisi bü gün səhər Həştərxan limanına gəlib.

"Report"un Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, İran Hərbi Dəniz Qüvvələrinin Xəzər dəniz donanmasına aid olan "Cuşan" və "Peykan" adlı 2 raketli və qırıcı "Damavand" qayıqları dostluq səfəri çərçivəsində 2 gün ərzində Həştərxanda qalacaq. Ondan sonra gəmilər Azərbaycana - Bakı limanına istiqamət alacaq.

Eskadranın komandiri, kapitan Əhməd Reza Bakerinin daha öncə verdiyi açıqlamaya görə, "dostluq səfəri"nin əsas məqsədi donanmalar arasında əlaqələrin gücləndirilməsi və dənizçilərə təlim keçməkdir.

Mediainfo.az