
Goranboyda avtomobil yanıb, 2 nəfər ölüb
Bakı-Qazax magistral yolunda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Məlumata görə, hadisə magistral yolun Goranboy rayonunun Borsunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yol ilə hərəkətdə olan "Mercedes" markalı avtomobil yolun kənarına aşıb. Qəza zamanı avtomobil yanıb və içərisində olan iki nəfər ölüb.
Qəzanın başvermə səbəbləri araşdırılır.
Mediainfo.az
Digər xəbərlər