Somali aclıqdan əziyyət çəkir

Somali aclıqdan əziyyət çəkir

21 İyul 2011 14:09
Bəyəndim (0) Bəyənmədim (0)
BMT aclıq elanı verdi!

BMT Somalidə Əl-Şəbab təşkilatının yardımı yasaqlamasından sonra ölkə sakinlərinin aclıqla üz-üzə qaldığını açıqladı. BMT Somalinin bəzi bölgələrində qıtlıq elan etməyə hazılaşır. Əl-Qaidənin tərkibindəki Əl-Şəbabın kontrolu altında olan Bakol və Alt Şabeldə aclıq ayaq tutub yeriyir. Afrikada 10 milyondan artıq insanın həyatını təhlükə altında qoyan quraqlığın ən böyük zərbəsini vurduğu ölkəyə 2009-cu ildən bu yana yardımlar kəsildi. Bu araşdırmada məsul olan Mak Bov bildirib ki, təcili hərəkətə keçilməzsə, o zaman 2.8 milyon nəfərin yaşadığı 8 bölgəni 2 ay ərzində aclıq caynağına alacaq.

Çarəsiz qalan Somali sakinləri Efiyopiya və Keniyaya qaçmağa başlayıblar. Somalidə sonuncu dəfə 1992-ci ildəki vətəndaş müharibəsi zamanı aclıq elan edilmişdi. Aclıq 30 faiz uşağın lazımi şəkildə bəslənməməsinə, hər 10 min uşaqdan 4-nün ölməsinə səbəb olub. Sonuncu dəfə aclıqdan 200 min nəfər ölmüşdüsə, bu dəfə bu rəqəmin daha yüksək olacağı ehtimal edilir.

Hindistanla dialoq aparan Amerikanın Xarici İşlər naziri Hilari Klinton bu problemlə ABŞ-ın tək başına mübarizə apara bilməyəcəyini vurğulayıb. Bu halda beynəlxalq cəmiyyətin də yardımı gərəkir. İngilis yardım quruluşu olan "Oxfam" Somalidə aclıqdan əziyyət çəkən 10 milyon insana yardım edilməsi üçün ayağa qalxıb. Bu ölkədə ən az 800 milyon dollara ehtiyac var.

Çörək bol olarsa, basılmaz vətən.

Günel Həbib

O.M.