
Avtomobili aşıran sürücü ölüb
Sumqayıt şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyi saytının verdiyi məlumata görə, hadisə oktyabrın 19-da saat 21 radələrində Sumqayıt şəhəri ərazisində qeydə alınıb. Siyəzən rayon sakini Əli Cəbrayılov idarə etdiyi "Mercedes" markalı avtomobili aşırıb. Nəticədə o hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər