Temperatur getdikcə yüksələcək

Temperatur getdikcə yüksələcək

21 İyul 2011 11:57
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın az buludlu, yağmursuz keçəcəyi gözlənilir.

Bakıda gecə 23-25, gündüz 36-38° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 754 millimetr civə sütununa bərabər, nisbi rütubət gecə 50-60 faiz, gündüz 30-40 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var.

Temperatur gecə 19-24°, gündüz 35-40° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var.

Temperatur gecə 14-18°, gündüz 29-34° isti olacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək.

Temperatur gecə 19-24°, gündüz 33-38° isti təşkil edəcək.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var.

Temperatur gecə 19-24°, gündüz 32-37° isti olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək.

Temperatur gecə 20-25°, gündüz 35-40° isti təşkil edəcək.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcək.

Temperatur gecə 21-26°, gündüz 34-38° isti, dağlarda gecə 16-21° isti, gündüz 29-34° isti olacaq.

Çalışın, özünüzdən və sağlamlığınızdan muğayat olun.

Günel Həbib

O.M.