
Goranboyda ağır qəza: 1 ölü, 2 yaralı
Goranboy rayonunda ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyi saytı xəbər verir ki, oktyabrın 18-də saat 21 radələrində Goranboy rayonunun Safıkürd kəndində rayon sakinləri Vüqar Mahmudovun və Yalçın Cavadovun idarə etdikləri "VAZ" markalı avtomobillər toqquşub. Nəticədə Y.Cavadov hadisə yerində ölüb, V.Mahmudov və sərnişini xəstəxanaya yerləşdirilib.
Goranboy RPŞ tərəfindən araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər