Ordumuzun əsgəri hərbçi yoldaşını güllələyərək qaçıb

Ordumuzun əsgəri hərbçi yoldaşını güllələyərək qaçıb

21 İyul 2011 11:23
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Ordunun Beyləqanda yerləşən "N" saylı hərbi hissəsində silahlı insident baş verib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, hərbi hissənin əsgəri Arif Şakir oğlu Cəfərov təhlükəsizlik qaydalarını pozaraq tabeliyindəki silahdan atəş açıb. Hadisə nəticəsində onun əsgər yoldaşı Hikmət Eldar oğlu Yusifov güllə yarası alıb. Nəticədə o hadisə yerində həlak olub. Bundan sonra hadisəni törədən əsgər qaçıb gizlənib. Hazırda Arif Cəfərovun tapılması üçün tədbirlər görülür.

Əsgərə silah düşməndən qorunmaq üçün verilir, yoldaşını vurmaq üçün yox.

Tofiq Əliyev

O.M.