Qubada sürücü iki piyadanı vurub öldürüb

Qubada sürücü iki piyadanı vurub öldürüb

19 Oktyabr 2015 12:26
Bəyəndim (0) Bəyənmədim (0)

Quba-Dağıstan magistralının 6-cı kilometrliyində iki piyada vurulub. Belə ki, Zahid Cəfərov idarə etdiyi "Mercedes" markalı maşınla yolu keçən piyadalar – 1981-ci il təvəllüdlü Dağlar Mikayılovu və 1974-cü il təvəllüdlü Fərrux Musayevi vurub. Nəticədə hər iki piyada aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Mediainfo.az