Qusar sakini ekskavatorla birlikdə uçqunlar altında qalıb

Qusar sakini ekskavatorla birlikdə uçqunlar altında qalıb

21 İyul 2011 10:39
Bəyəndim (0) Bəyənmədim (0)

Qusarda bədbəxt hadisə baş verib. Qusar rayon Prokuroru Zahid Vəliyevin APA-nın şimal bürosuna verdiyi məlumata görə, Samur çayının Qusar rayonu ərazisindən keçən hissəsində sahil bərkitmə işləri aparılarkən gözlənilmədən iri həcimdə torpaq qatı uçub. Həmin vaxt ərazidə tikinti işlərini aparan Qusar rayonunun İmamqulu kənd sakini 1962-ci il təvəllüdlü Muradov Xanba Sultanmurad oğlu idarə etdiyi ekskavatorla birlikdə uçqunlar altında qalıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin şimal regional idarəsinin və Qusar rayonunun hüquq-mühafizə orqanlarının əməkdaşları gedib. Ərazidə təcili olaraq xilasetmə təbirləri aparılıb. Xanba Muradovun cəsədi torpaq uçqununun altından çıxarılıb. Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırma aparılır.

İş başında başına iş gəldi.

Tofiq Əliyev

O.M.