Oktyabrın 25-də saatlar geri çəkiləcək

Oktyabrın 25-də saatlar geri çəkiləcək

18 Oktyabr 2015 13:15
Bəyəndim (0) Bəyənmədim (0)

Bu il oktyabrın 25-da saat 5:00-da Azərbaycanda saatlar bir saat geri çəkiləcək, yay vaxtı ləğv ediləcək.

Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Mediainfo.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 1997-ci il 17 mart tarixli qərarına əsasən hər il martın son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv olunur.

Qərarın həyata keçirilməsinə nəzarət Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə həvalə olunub.

Mediainfo.az