
Rus hərbçisi erməni uşaqlarını nə üçün öldürdüyünü izah edib
Gümrüdə 6 aylıq körpə də daxil 7 nəfərlik erməni ailəsini qətlə yetirən 102 saylı hərbi bazanın əsgəri Valeri Permyakovun işində yeni xüsusatlar ortaya cıxıb. Musavat.com-un erməni qaynağına istinadən verdiyi məlumata görə, erməni tibbi ekspertləri onda ciddi problemlər müşahidə ediblər.
Bu barədə qətlə yetirilən ailənin hüquqi təmsilçiləri və vəkilləri - Lusine Saakyan, Ervand Varosyan və Yerem Sarkisyan bildiriblər. Vəkil Lusine Saakyanın sözlərinə görə, onlara artıq məlumdur ki, balaca qızı məhz Permyakovun silah ilə öldürüblər.
"Ancaq Permyakov cinayətin müxtəlif vasitələrini göstərir. Gah deyir uşağı avtomatın süngüsü ilə vurub, gah avtomatın bıçağı ilə zərbə endirdiyini söyləyir, gah da deyir ki, güllələyib.
Uşaqların qətli səhnəsini təsvir edən Permyakov iddia edib ki, hadisə zamanı özünə nəzarəti tamamilə itiribmiş. Deyib ki, uşaqlar sakitləşmirmiş və onun əsəblərinə təsir edirmilşlər" – qeyd edib vəkil.
Mediainfo.az