
Namizəd Natiq Qocayev seçiciləri ilə görüşəcək
Deputatlığa namizəd jurnalist Natiq Qocayev seçicilərlə görüşlərini davam etdirməkdədir.
Namizədin Seçki Qərargahından Mediainfo.az-a verilən məlumata görə, hal-hazırda Natiq Qocayev 9-cu mikrorayon sakinləri ilə görüşə hazırlaşır. Bir müddət əvvəl ərazinin ağsaqqalları ilə görüşüb, xeyir-dualarını almış jurnalist indi problemlərlə yaxından tanış olacaq.
Xatırladaq ki, Natiq Qocayev Binəqədi 10 saylı seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.
Mediainfo.az
Digər xəbərlər