Ermənilər ordumuzun mövqelərini atəşə tutublar

Ermənilər ordumuzun mövqelərini atəşə tutublar

21 İyul 2011 10:01
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 20-də saat 13.00-dan 13.15-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, iyulun 21-də saat 03.35-dən 03.40-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 03.50-dən 04.00-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Ermənilər həmişə başqa dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə öz fikir və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevrilmişlər. (Aleksandr Düma)

Tofiq Əliyev

O.M.