
İrandan gələn azərbaycanlılar narkotiklə saxlanıldı
İrandan gələn Azərbaycan vətəndaşları narkotiklə saxlanılıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində Cavad Xəlilovun üzərinə baxış keçirilib.
Yoxlama zamanı onun şalvarının bel kəmərinin altından 2 ədəd bağlamada ümumi xalis çəkisi 170,807 qram təşkil edən heroin aşkar olunub.
İrandan gələn Valeh Bayramovun üzərində yoxlama zamanı isə onun şalvarının cibində 8 ədəd həb aşkarlanıb. Təsiredici maddənin xalis çəkisi 0,160 qram təşkil edib.
Qeyd edək ki, bu həblər "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxil olan "Metadone-20" adlı dərman preparatıdır. Hər iki faktla bağlı təhqiqat aparılır.
Mediainfo.az
Digər xəbərlər