Baş məşqçi oyun zamanı öldü

Baş məşqçi oyun zamanı öldü

16 Oktyabr 2015 15:18
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya futboluna ağır itki üz verib.

Qol.Az-ın məlumatına görə, "Zenit" (Penza) klubunun baş məşqçisi Sergey Filippenkov veteranların yoldaşlıq oyunu zamanı dünyasını dəyişib.

"Zenit" və "Penzqorstroyzakazçik" arasında keçirilən oyunun sonlarında Filippenkov özünü pis etdiyini deyib və yerə yıxılıb.

Ona təcili tibbi yardım edilsə də, həyatını xilas etmək mümkün olmayıb. 44 yaşında vəfat edən Rusiya millisinin sabiq futbolçususu ölkəsinin bir çox tanınmış klublarında çıxış edib.

Mediainfo.az