Polis özünü güllələdi - Moskvada

Polis özünü güllələdi - Moskvada

16 Oktyabr 2015 15:10
Bəyəndim (0) Bəyənmədim (0)

Moskva şəhər Polis İdarəsinin əməkdaşı həyatına qəsd edib.

Modern.az Rusiya mediasına istinadən bildirir ki, hadisə bu gün səhər paytaxtın cənub-qərbində baş verib.

36 yaşlı V.Şerbakovun meyiti vanna otağında aşkarlanıb. Onun odlu silahla özünü güllələdiyi bildirilir.

İnsident zamanı polisin həyat yoldaşı da evdə olub. Məhz o hüquq-mühafizə orqanlarına və təcili yardıma zəng vurub. Hadisə yerinə gələn tibb işçiləri Şerabakovun artıq keçindiyini müəyyənləşdiriblər.

Mediainfo.az