“Apple” şirkətinin gəlirləri rekord səviyyəyə çatıb

“Apple” şirkətinin gəlirləri rekord səviyyəyə çatıb

21 İyul 2011 09:49
Bəyəndim (0) Bəyənmədim (0)

Tələbatın artması "Apple" şirkətinin gəlirlərinin rekord səviyyəyə çatmasına səbəb olub. "iPhone" mobil telefonları və "iPad" kompüterləri istehsal edən "Apple" şirkətinin bu il aprel ayından iyun ayına qədər gəlirləri 7,3 milyard dollar təşkil edib. Bu, keçən il eyni vaxtla müqayisədə iki dəfə artıqdır. "Apple" şirkəti bildirir ki, istehsal Çin, Honq Konq və Tayvanda olduqca yüksək səviyyəyə qalxıb. Şirkətin icraçı direktorlarından biri deyib ki, Çində satışların daha da artacağı gözlənilir. Bütün dünya üzrə "Apple" ilin bir kvartalında iPhone telefonlarının satışından 20,3 milyon dollar gəlir əldə edildiyini bildirir. "iPad" kompüterlərinin satışından əldə edilən gəlir isə 9.25 milyon dollar təşkil edir. "Apple" kompüter satışı şirkətə 3,95 milyon dollar gəlir gətirib. Bu, keçən il eyni müddətlə müqayisədə 14 faiz artıqdır.

"Apple" sözün əsl mənasında qaz vurub qazan doldurur.

Tofiq Əliyev

O.M.