23 yaşlı gənc intihara cəhd edib

23 yaşlı gənc intihara cəhd edib

15 Oktyabr 2015 18:19
Bəyəndim (0) Bəyənmədim (0)

FHN Bakıda 23 yaşlı gəncin intihara cəhd etməsi faktı ilə bağlı məlumat yayıb.

FHN saytının verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər tikilməkdə olan 17 mərtəbəli binanın 15-ci mərtəbəsinə çıxaraq intihar etmək niyyətini nümayiş etdirib. Dərhal hadisə yerinə FHN-nin muvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq aşağı endirilib və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, araşdırmalar zamanı intihara cəhd edən şəxsin Şəmkir rayon sakini, 1992-ci təvəllüdlü Tamerlan Ələsgərli olması müəyyənləşib. İlkin araşdırmalarla o da məlum olub ki, T. Ələsgərlininin əmisi ilə arasında mənzil problemi olub. Bu problemi məhkəmə yolu ilə həll edə bimədiyi üçün o intihara cəhd edib.

Məlumata görə, T. Ələsgərli bundan əvvəl də bir dəfə belə bir addım atıb və bu onun ikinci intihara cəhdidir.

Mediainfo.az