Polis mayoru avtomobillə qadını vurub

Polis mayoru avtomobillə qadını vurub

15 Oktyabr 2015 18:11
Bəyəndim (0) Bəyənmədim (0)

Oktyabrın 15-ə keçən gecə Şabran rayonu, Heydər Əliyev prospektində rayon sakini 1979-cu il təvəllüdlü Soltanova Gülşahnaz Məlikqızını vuran sürücünün kimliyi müəyyənləşib.

Məlumata görə, hadisəni törədən şəxs Şabran rayon Polis Şöbəsinin əməkdaşı, sahə müvəkkili, polis mayoru Ramin Ağayevdir. O, idarə etdiyi "Niva" markalı avtomaşınla qəzanı törətdikdən sonra hadisə yerindən qaçıb.

Faktla bağlı Şabran rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Mediainfo.az