Türkiyədən qaçan prokuror üzə çıxdı - Foto

Türkiyədən qaçan prokuror üzə çıxdı - Foto

15 Oktyabr 2015 14:57
Bəyəndim (0) Bəyənmədim (0)

Keçmiş prokuror Zəkəriyə Öz Türkiyədən xaricə qaçdıqdan sonra ilk fotoşəkilini paylaşıb.

Modern.az Türkiyə mediasına istinadən bildirir ki, qaçan prokuror İnstagram-da ortaya çıxıb. Keçmiş prokuror İnstagram hesabında paylaşdığı şəkildə qiyməti təxminən 7 milyon lirə olan "Bugatti Veyron" markalı bir avtomobil qarşısında dayanıb.

Türkiyədə haqqında həbs qərarı çıxarılan "Ərgənəkon" işinin tanınmış prokuroru Zəkəriyyə Özün ölkədən Almaniyaya qaçdığı iddia edilirdi.

Onun haqqında çıxarılan həbs qərarından 12 saat əvvəl əvvəlcə Gürcüstana, oradan Ermənistana, daha sonra Almaniyaya keçdiyi bildirilirdi.

Mediainfo.az