
Türkiyədə hərbi avtomobil aşdı
Türkiyənin Yüksekova-Şəmdinli magistralında hərəkət edən hərbi avtomobil qəzaya uğrayıb.
Türkiyə məttbuatı xəbər verir ki, hadisə nəticəsində 13 əsgər yaralanıb. Xəsarət alan hərbiçilər təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıb. Yaralı əsgərlərin vəziyyətinin normal olduğu və hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.
İlkin ehtimala əsasən, qəza yağışlı hava şəraiti səbəbindən baş verib.
Mediainfo.az
Digər xəbərlər