Yağışlar yenidən başlayır

Yağışlar yenidən başlayır

13 Oktyabr 2015 14:04
Bəyəndim (0) Bəyənmədim (0)

Oktyabrın 14-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-14, gündüz 15-17 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında oktyabrın 14-də arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 14-19, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacaq.

Mediainfo.az