"Eurovision" üçün paytaxtımızda fantastik proyektlər gerçəkləşdiriləcək

"Eurovision" üçün paytaxtımızda fantastik proyektlər gerçəkləşdiriləcək

20 İyul 2011 14:43
Bəyəndim (0) Bəyənmədim (0)

"Eurovision" mahnı müsabiqəsi başlayanadək Bakının Səbail rayonu ərazisində fantastik layihələr gerçəkləşəcək". Bunu jurnalistlərə açıqlamasında Səbail rayon İcra Hakimiyyətinin (RİH) başçısı Asif Əsgərov deyib. O, rayon ərazisində maraqlı layihələrin gerçəkləşdirildiyini, o cümlədən yol çəkilişlərinin aparıldığını bildirib: "Müsabiqə başlanan vaxtadək Milli Park Dövlət Bayrağı Meydanına qədər uzadılacaq".

A.Əsgərov bu layihələrlə Azərbaycan Prezidentinin şəxsən maraqlandığını bildirib. İcra Hakimiyyətinin başçısı Səbail rayonu ərazisindəki "Alov qüllələri" ("The Flame Towers") kompleksinin, "Four Seasons", "Hilton" və "Mariot" otellərinin tikintisinin davam etdirildiyini, bu işlərin ilin sonunadək yekunlaşacağını söyləyib.

Bakı avropalıları " ağzı açıq qoyacaq".

Günel Həbib

O.M.