Bayraq Meydanı yaxınlığındakı binalardan köçürülən sakinlər üçün veriləcək kompensasiyanın məbləği açıqlanıb

Bayraq Meydanı yaxınlığındakı binalardan köçürülən sakinlər üçün veriləcək kompensasiyanın məbləği açıqlanıb

20 İyul 2011 13:20
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Səbail rayonu ərazisində yerləşən Dövlət Bayrağı Meydanının yaxınlığındakı binalarda yaşayan sakinlərin köçürülməsi prosesi davam edir. APA-nın xəbərinə görə, bu barədə Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov məlumat verib. O bildirib ki, Aqil Quliyev və Fəthi Xoşginabi küçələrindəki binalarda yaşayan sakinlər köçürülərkən onlara kompensasiya verilməsi, yaxud mənzillə təmin olunması təklif edilir: "Kompensasiyanın məbləği bir kvadratmetr üçün 1500 manatdır".

İnanırıq ki, bu kompensasiya sakinləri narazı salmayacaq.

Tofiq Əliyev

O.M.