Bu gün hava yağmursuz olacaq

Bu gün hava yağmursuz olacaq

20 İyul 2011 14:37
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq.

Bakıda gecə 23-25, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-60, gündüz 35-40 faiz, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 33-38° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında gündüz əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 27-32° isti təşkil edəcək.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-38° isti təşkil edəcək.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-35° isti təşkil edəcək.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-39° isti təşkil edəcək.

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-37° isti təşkil edəcək, dağlarda gecə 14-19°

isti, gündüz 28-33° isti olacaq.

Havanın necə olmasından asıl olmayaraq sizə aydın səma arzulayırıq.

Günel Həbib

O.M.