Azərbaycan Ordusunun axtarışda olan əsgərinin meyiti tapıldı

Azərbaycan Ordusunun axtarışda olan əsgərinin meyiti tapıldı

10 Oktyabr 2015 11:14
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Ordusunun axtarışda olan əsgərinin meyiti tapılıb. Mediainfo.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 6-da hərbi qulluqçu əsgər Əliyev Murad Əlizadə oğlu xidmət yerini özbaşına tərk edib. Həyata keçirilən axtarış tədbirləri nəticəsində oktyabrın 9-da axşam saatlarında əsgər M.Əliyevin meyiti aşkar edilib.

Hadisə ilə bağlı cinayət işi başlanıb. Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır.

Mediainfo.az