
Masazırda "Mercedes" ağaca çırpıldı: sürücü və sərnişin xəsarət aldı
Masazır qəsəbəsində yerləşən "Araz market"in qarşında "Mercedes" markalı avtomobil idarəetməni itirərək yolun kənarında olan ağaca çırpılıb. Nəticədə sürücü və avtomobildə olan iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə yerinə polis əməkdaşları yollanıb. Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər