Yevlaxda yol qəzasında 1 nəfər öldü

Yevlaxda yol qəzasında 1 nəfər öldü

20 İyul 2011 11:55
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən günorta saatlarında Yevlax rayonu ərazisində, Aran-Mingəçevir yolunun 2-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ucar rayonunun Çiyni kənd sakini, 24 yaşlı Seyidov Mirəli Yaşar oğlu "Opel-Vektra" markalı maşını yüksək sürətlə edərkən avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişin, Ucar rayonunun Qarabök kənd sakini, 21 yaşlı Məmmədova Mehriban Bəxtiyar qızı hadisə yerində dünyasını dəyişib, sürücü isə xəsarət alıb.

Aşan maşın sürücünün həyatını alt-üst etdi.

Tofiq Əliyev

O.M.