Vətəndaşlardan xeyli miqdarda narkotik vasitə götürülüb

Vətəndaşlardan xeyli miqdarda narkotik vasitə götürülüb

7 Oktyabr 2015 14:27
Bəyəndim (0) Bəyənmədim (0)

Şəki və Ağdam sakinlərindən xeyli miqdarda narkotik vasitə götürülüb.

Apa-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şəki şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elşən Məmmədovun Turan qəsəbəsində yaşadığı evə baxış zamanı 4 kiloqram 50,53 qram marixuana aşkarlanıb.

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Sarıçoban kənd sakini Firdovsi Allahverdiyevin həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş 4 ədəd çətənə kolu, evindən isə 1 kiloqram 125 qram marixuana və 2 ədəd çətənə özəyi götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Mediainfo.az