Nazarbayev cərrahiyyə əməliyyat olundu

Nazarbayev cərrahiyyə əməliyyat olundu

20 İyul 2011 11:10
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya xəstəxanalarından birində Qazaxıstan prezidenti Nursultan Nazarbayev mədəaltı vəzindən əməliyyat olunub. Lakin onun hansı xəstəlikdən əziyyət çəkdiyi bilinmir. Qazaxıstan hakimiyyəti tərəfindən beynəlxalq axtarışa verilmiş Qazaxıstan prezidentinin keçmiş kürəkəni Rahat Əliyev öz bloqunda N. Nazarbayevə mədəaltı vəzin xərçəngi diaqnozunun qoyulduğunu açıqlayıb. Qazaxıstan prezidentinin mətbuat xidməti isə N. Nazarbayevin ağır vəziyyətdə xəstəxanaya aparıldığı xəbərlərini təkzib edib. Eyni zamanda mətbuat xidməti N. Nazarbayevin qısamüddətli məzuniyyəti zamanı müayinə üçün Almaniya xəstəxanalarından birinə baş çəkməsi ehtimalını rədd etməyib.

Nazarbayevə nəzər dəydi.

Tofiq Əliyev

O.M.