Həbsxanadakı iğtişaşda 6 nəfər həlak oldu

Həbsxanadakı iğtişaşda 6 nəfər həlak oldu

20 İyul 2011 10:27
Bəyəndim (0) Bəyənmədim (0)

Venesuelanın regional mülki müdafiə idarəsinin katibi polkovnik Osvaldo Kardosonun yaydığı məlumata görə, ölkənin qərbindəki San-Felipe şəhərindəki həbsxanadakı iğtişaş zamanı minimum 6 məhbus həlak olub, 17 nəfər isə yaralanıb. Onun sözlərinə görə, hazırda həbsxanada vəziyyət Milli qvardiya və penitensiar xidmət döyüşçülərinin nəzarəti altındadır. Yerli media orqanları həbsxanada bir neçə saat ərzində güllə və qumbara səslərinin eşidildiyini bildiriblər. Həbsxanada iğtişaşlar ötən həftə dustaqlar arasında baş vermiş dava zamanı yerli cinayət aləminin başçılarından birinin həlak olması ilə başlayıb. Bazar ertəsi 400-ə yaxın dustaq həbsxanadakı mövcud vəziyyət narazılıq əlaməti olaraq aclıq elan ediblər və həbsxanada barrikadalar qurublar.

Həbsxanadakı acınacaqlı vəziyyəti görmək istəməyən, bunu cinayəti törədərkən fikirləşməlidir.

Tofiq Əliyev

O.M.