Beyləqanda ölümlə nəticələnən qəza

Beyləqanda ölümlə nəticələnən qəza

5 Oktyabr 2015 14:33
Bəyəndim (0) Bəyənmədim (0)

Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi saytının verdiyi məlumata görə, oktyabrın 4-də saat 15 radələrində Beyləqan rayonunun Şərq qəsəbəsində rayon sakini Şəmistan İbrahimov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən qəsəbə sakini Nurlan Misirxanovu vurub. Nəticədə N.Misirxanov hadisə yerində ölüb.

Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Mediainfo.az