Mirmahmud Mirəlioğlunun namizədliyi qeydə alınımadı

Mirmahmud Mirəlioğlunun namizədliyi qeydə alınımadı

5 Oktyabr 2015 13:48
Bəyəndim (0) Bəyənmədim (0)

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun noyabrın 1-də keçiriləcək seçkilərdə deputatlığa namizədliyi qeydə alınmayıb.

Bu barədə məlumatı AzNews.az-a 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin sədri Həsən Məmmədov verib. O bildirib ki, Mirmahmud Mirəlioğlunun dairəyə təqdim etdiyi sənədlərdə bir çox problemlər olub və bu səbəbdən onun namizdəliyi qeydə alınmayıb.

Qeyd edək ki, Mirmahmud Mirəlioğlu namizədliyini "Azadlıq-2015" blokundan, 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən verib.

Məlumat üçün bildirək ki, Yeni Azərbaycan Partiyası həmin dairədən hazırkı deputat Muxtar Babayevin namizədliyini verib.

Mediainfo.az