Almaniya 1.5 milyon qaçqını qəbul etmək  üçün hazırlıq işləri görməyi planlaşdırıb

Almaniya 1.5 milyon qaçqını qəbul etmək üçün hazırlıq işləri görməyi planlaşdırıb

5 Oktyabr 2015 11:10
Bəyəndim (0) Bəyənmədim (0)

Məlumatlara görə, Almaniya bu il 1.5 milyon qaçqını qəbul etməyə hazırdır. İlkin gözlənti 800 mindən 1 milyonadək idi.

Avropaya gələn yüzminlərlə qaçqın və miqrant Almaniyaya üz tutub. Almaniyanın ən çox satılan "The Bild" qəzeti isə oktyabrın 5-də hökumətin məxfi proqnozunu yayıb.

"Miqrantlarla bağlı təzyiq artacaq. Dördüncü rübdə gündə sərhədin 7-10 min dəfə qanunsuz keçiləcəyini gözləyirik," Bild həmin hesabata əsasən bildirir.

Bild yazır ki, Almaniya hökuməti əvvəl yaranan problemlərdən narahatdır və yeni gələnlər üçün yetərli saxlanc yerləri və sanitar obyektlər yaratmağa çalışır.

Kansler Angela Merkel deyib ki, Almaniya qaçqınlara sığınacaq vermək öhdəliyini zəiflətmək fikrində deyil("Azadlıq" radiosu).

Mediainfo.az